SƏNAYE

ARDNF AÇG blokundan hasil edilən mənfəət neftinin satışından $3,6 mlrd. məbləğində gəlir əldə edib
18 AVQUST
273

ARDNF AÇG blokundan hasil edilən mənfəət neftinin satışından $3,6 mlrd. məbləğində gəlir əldə edib

2017-08-18 19:19:00

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $3 mlrd. 609 mln. məbləğində gəlir əldə edib. Bu barədə Fins.az “İnterfaks-Azərbaycan” istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə AÇG-dən hasil edilən mənfəət neftinin satışından ARDNF-ə daxilolmalar $2 mlrd. 770 mln. təşkil edib. Beləlikıə, 2017-ci ilin yanvar-iyul aylarında bu gəlirlərin həcmi 30,3% artıb.

“Ümumilikdə 2001-ci ildən 2017-ci il avqustun 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından $125 mlrd. 718 mln. məbləğində vəsait daxil olub”, - deyə məlumatda qeyd olunur.

2016-cı ildə AÇG-dən hasil edilən mənfəət neftinin satışından ARDNF-in gəlirləri $5,1 mlrd. təşkil edib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.

Layihənin iştirakçıları Britaniyanın BP (35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inpex” (10,96%), “Itochu” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.

1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293