SƏNAYE

Azərbaycanda mismar, elektrod və kəsmə daşları istehsal ediləcək
18 AVQUST
533

Azərbaycanda mismar, elektrod və kəsmə daşları istehsal ediləcək

2017-08-18 17:37:00

Xəbər verdiyimiz kimi, Masallı Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nə təqdim olunub.

Sahibkar Fikrət Babayev deyib: “Masallı rayonunda sənaye parkının açılması bizə o üstünlükləri verir ki, biz primitiv, kustar üsulla ev şəraitindən işləməkdən azad olacağıq. Mən Azərbaycanda analoqu olmayan gəmi kanatlarının istehsalına başlamaq istəyirəm”.

Sahibkar Fəxrəddin Baxışov bildirib: “Biz burada yeni bir müəssisə yaradırıq. Bu müəssisədə tikinti sahəsində üç profildə istehsal müəyyənləşdirilir - elektrod, kəsmə daşları və mismar. Tikintidə işlədilən mismarlar Azərbaycanda istehsal olunmur, xaricdən gətirilir. Biz bu məqsədlə Sənaye Məhəlləsinə müraciət etmişik”.

Qeyd edək ki, bu Masallı Sənaye Məhəlləsində həyata keçiriləcək layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.

Artıq Masallı Sənaye Məhəlləsində ərazinin düzənlənməsi işləri başa çatdırılıb və hazırda binaların təməlinin qoyulması və kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293