SƏNAYE

“Şahdəniz Mərhələ 2” üzrə işlərin 95%-dən çoxu tamamlanıb
17 AVQUST
187

“Şahdəniz Mərhələ 2” üzrə işlərin 95%-dən çoxu tamamlanıb

2017-08-17 16:20:00

 “2017-ci ilin birinci yarısında “Şahdəniz Mərhələ 2” layihəsinin tikinti işləri uğurla davam edib. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 95%-dən çox tamamlanıb və bu, layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur”.

Fins.az xəbər verir ki, bu barədə yatağın operatoru olan “BP-Azerbaijan” şirkəti məlumat yayıb.

Qeyd edilib ki, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca layihə işləri davam edir.

“İyun ayında “Şahdəniz Mərhələ 2” üçün tikilən platformalardan birinin üst modulları yola salınıb və dənizdə quraşdırılıb. Yaşayış Blokları və Texnoloji Təchizat platformasının üst modullarının yola salınması münasibətilə təşkil olunmuş rəsmi mərasimdə Prezident İlham Əliyev də iştirak edib. Dənizdə üst modullar artıq əvvəldən suyun 94 metr dərinliyində quraşdırılmış dayaq blokunun üzərinə oturdulub və uğurla bərkidilib. ATA tikinti-quraşdırma sahəsində “Şahdəniz 2” üçün inşa olunan paltformalardan ikincisinin də üst modullarının tikintisi artıq başa çatıb və istismar sınaqları 90% tamamalanıb. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin üçüncü rübünə planlaşdırılır”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda artıq bitib və bu da “Şahdəniz 2” layihəsində mühüm bir mərhələdir: “Dünyanın ən iri neft və qaz terminalllarından biri olan Səngəçal terminalında “Şahdəniz 2”dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir. Ümumilikdə, “Şahdəniz 2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları olub”.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285