SƏNAYE

Azərbaycana mineral gübrə idxalı artıb
17 AVQUST
144

Azərbaycana mineral gübrə idxalı artıb

2017-08-17 15:06:00

2017-ci ilin birinci yarısında Azərbaycana 87 min 146,3 ton mineral gübrə idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,1 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri 23 mln. 809,9 min dollar (artım 3,3 dəfə) təşkil edib”, - deyə məlumatda bildirilir.

Bundan başqa, 2017-ci ilin birinci yarısında Azərbaycana 2 mln. 927,8 min dollar dəyərində (azalma 71,7%) 14 min 81,5 ton sement və klinker (azalma 93,6%) idxal edilib.

Hesabat dövründə respublikaya 13 mln. 280,4 min dollar dəyərində (azalma 30,6%) 11 min 784,2 ton (azalma 28,2%) polietilen idxal edilib.

Yanvar-iyun aylarında Azərbaycana  83 mln. 536,6 min dollar dəyərində 133,7 min ton metalyayma məhsulu (azalma 1,4%), 26 mln. 963,4 min dollar dəyərində 52 min 835,9 ton qara metaldan hazırlanan çubuqlar (artım 15,9%), 13 mln. 383,1 min dollar dəyərində 19 min 115,1 ton qara metaldan hazırlanan günyə (artım 36,6%), 69 mln. 268,2 min dollar dəyərində 48 min 932,8 ton qara metaldan hazırlanan boru (azalma 66,5%) idxal edilib.

©İnterfax-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293