SƏNAYE

Dövlət idarələri elektrik enerjisi və qaz istehlakını artırıb
15 AVQUST
247

Dövlət idarələri elektrik enerjisi və qaz istehlakını artırıb

2017-08-15 15:01:00

Ölkədə 11,8 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub, onun 78,9%-i hasilatın, 14,5%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 6,6%-i isə idxalın hesabına formalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ehtiyatların 43,8%-i ölkə daxilində istehlak edilib, 37,4%-i ixrac olunub, 4,5%-i itkiyə gedib, 14,3%-i isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 887,5 mln. kVt saat elektrik və 142,8 min Qkal istilik enerjisindən, 90,1 mln. kubmetr təbii qazdan istifadə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 5,9%, istilik enerjisindən 23,6%, təbii qazdan 3,1% çox istifadə edilib.

Cari ilin yanvar-iyun aylarında ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 9,4 mlrd. kVt saat elektrik enerjisi istehlak edilib. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0209
  • ₽ RUB
    0.0292