SƏNAYE

Azərbaycan təbii qaz ixracından gəlirini artırıb
11 AVQUST
293

Azərbaycan təbii qaz ixracından gəlirini artırıb

2017-08-11 17:02:00

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 3,832 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur.

7 ay ərzində ixrac edilmiş “mavi yanacağ”ın dəyəri isə 669,182 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur. 

Hesabat dövründə təbii qaz ixracı ümumi ixracın 10,9%-i qədər olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288