SƏNAYE

“Petkim”in xalis mənfəəti artıb
11 AVQUST
205

“Petkim”in xalis mənfəəti artıb

2017-08-11 13:55:00

SOCAR-ın “Petkim” neft-kimya holdinqi bu ilin yanvar-iyun aylarında 655 milyon türk lirəsi xalis mənfəət əldə edib.

Fins.az xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilir. “Petkim” cari ilin ikinci rübündə 304 milyon lirə gəlir əldə edib. Yanvar-iyun aylarında şirkətin ümumi qazancı əvvəlki eyni dövrü ilə müqayisədə 110 faiz artaraq 906 milyon lirə olub. Bu dövrdə şirkətin satışları 2,3 milyard lirədən 3,6 milyard lirəyə yüksəlib.

“Petkim”in bu ilin ilk yarısında ümumi tutumdan istifadə nisbəti 96 faizə çatıb. Yarım ildə şirkətin xalis mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 74 faiz artaraq 655 milyon lirə təşkil edib.

Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən isə Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 53 faizlik səhmə sahibdir.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288