SƏNAYE

Azərbaycanda sənayenin qeyri-neft sektorunda istehsalı 4,6% artıb
10 AVQUST
317

Azərbaycanda sənayenin qeyri-neft sektorunda istehsalı 4,6% artıb

2017-08-10 10:44:00

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın sənaye sektorunda 21,8 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4% az məhsul istehsal edilib. Fins.az-ınDövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,6% artıb, neft sektorunda isə 7,1% azalıb.

Sənaye məhsulunun 70,0%-i mədənçıxarma sektorunda, 24,8%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 8,9%, əmtəəlik qaz hasilatı isə 1,3% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 2,3%, içkilərin istehsalı 30%, toxuculuq sənayesi məhsullarının istehsalı 98,5%, geyim istehsalı 49%, ağacın emalı və ağacdan məmulatların istehsalı 83,3%, kağız və karton istehsalı 0,7%, kimya sənayesi məhsullarının istehsalı 20,3%, əczaçılıq məhsullarının istehsalı 2,2 dəfə artıb. Bundan əlavə DSK rezin və plastik kütlə məmulatlarının istehsalı 57,3%, tikinti materiallarının istehsalı 38,3%, kompüter və elektron məhsulların istehsalı 57,6%, elektrik avadanlıqlarının istehsalı 69,0%, maşın və avadanlıqların istehsalı 19,1%, sair nəqliyyat vasitələrinin istehsalı 19,3%, mebel istehsalı 26,1% artdığını elan edib.

Həmçinin, tütün məmulatlarının istehsalı 23,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 38,3%, poliqrafiya məhsullarının istehsalı 43,1%, metallurgiya sənayesi məhsullarının istehsalı 9,4%, hazır metal məmulatlarının istehsalı 30,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 52,0% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287