SƏNAYE

Dünya bankından Azərbaycanla enerji sahəsində əməkdaşlığa dair açıqlama
10 AVQUST
117

Dünya bankından Azərbaycanla enerji sahəsində əməkdaşlığa dair açıqlama

2017-08-10 10:12:00

Azərbaycan hökumətindən istək bildirilərsə, Ümumdünya Bankı Transanadolu boru kəməri (TANAP) layihəsinə əlavə kredit ayırmağa hazırdır.

Fins.az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında bankın Bakı ofisinin rəhbəri Navid Hassan Naqvi deyib.

Onun sözlərinə görə, hökumət tərəfindən belə bir müraciət daxil olmayıb.

Ofis rəhbəri əlavə edib ki, bank layihədə gələcəkdə iştirak etməyə hazırdır.

Qeyd edək ki, Ümumdünya Bankının Direktorlar Şurası 2016-cı ilin sonunda bu layihəyə 800 milyon dollar ayırıb. Bu vəsaitin 400 milyon dolları "Cənib Qaz Dəhlizi" (Azərbaycan), 400 milyon dolları isə BOTAS şirkətinin (Türkiyə) payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288