SƏNAYE

Barama istehsalçılarına subsidiyalar veriləcək
09 AVQUST
126

Barama istehsalçılarına subsidiyalar veriləcək

2017-08-09 17:04:00

Azərbaycan prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli 2337 nömrəli Sərəncamına uyğun olaraq  Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 85 nömrəli qərarı ilə təsdiq edilmiş “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”na baxış keçirilib. Dövlət Komissiyası barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 (beş) manat məbləğində subsidiyanın verilməsi məqsədi ilə 04 avqust 2017-ci il tarixində Respublika Komissiyasının yekun iclası keçirilib

Komissiyanın həmin iclasında barama istehsalçılarına subsidiyanın verilməsi ilə əlaqədar 10 rayon (şəhər) kənd təsərrüfatı idarəsinin təqdim etdiyi sənədlərə baxılmış və 1035 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 106307,16 kq yaş baramanın hər kiloqramına görə 5 (beş) manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 531535,80 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.

Barama istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilib.

Respublika Komissiyası tərəfindən 2017-ci ildəölkə üzrə ümümilikdə 2421barama istehsalçısına 239790,78 kq yaş baramanın miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına 1198953,90 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288