SƏNAYE

“Neft Daşları” yatağında yeni quyu istismara verilib
09 AVQUST
206

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

2017-08-09 11:38:00

“Neft Daşları” yatağındakı 620A nömrəli stasionar dəniz özülündən 2623 nömrəli quyu qazmadan sonra istismara verilib.

Bu barədə Fins.az” Azərbaycan Dövlət Neft Şirkətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, Kompleks Qazma İşləri Trestinin qirməki üstü lay dəstəsinə qazdığı quyu fontan üsulu ilə məhsul verib, 1749-1745 metr intervaldan sutkalıq 13 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287