SƏNAYE

Payızlıq və yazlıq dənli bitkilər üzrə 944,5 min hektar sahənin 92,2 faizinin məhsulu yığılıb
08 AVQUST
77

Payızlıq və yazlıq dənli bitkilər üzrə 944,5 min hektar sahənin 92,2 faizinin məhsulu yığılıb

2017-08-08 11:12:00

İyul ayının 24-nə olan məlumata əsasən, payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 944,5 min hektar sahənin 870,8 min hektarı və yaxud 92,2 faizi biçilərək məhsulu yığılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, toplanmış məhsul 2 milyon 515,1 min ton təşkil edərək, məhsuldarlıq 28,9 sentnerə bərabər olub. Yığılmış məhsulun 1696,6 min tonu və yaxud 67,5 faizi buğda, 797,8 min tonu (31,7 faizi) arpa, 20,7 min tonu (0,8 faizi) digər dənli və dənli paxlalı bitkilərdir.

Respublikanın 12 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. Həmçinin 30 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, qalanlarında isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olub.

Ölkənin 26 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarıdır. Ən yüksək məhsuldarlıq Saatlı (1 hektardan 40,7 sentner), Sabirabad (müvafiq olaraq 38,9), Bərdə (38,3), İsmayıllı (37,3), Ağcabədi (37,1), Ağdam (37,0), Tərtər (36,4) və İmişli (35,4) rayonlarında olub.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki (214,7 min ton), Cəlilabad (188,8 min ton), Neftçala (118,8 min ton), Füzuli (103,1 min ton), Sabirabad (95,7 min ton), İsmayıllı (90,9 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (85,5 min ton) müşahidə edilib.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287