SƏNAYE

Bu il Ağcabədidə 3333 baş heyvan süni mayalandırılıb
07 AVQUST
182

Bu il Ağcabədidə 3333 baş heyvan süni mayalandırılıb

2017-08-07 10:51:00

Ağcabədi rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Ağcabədi Rayon Kənd Təsərrüfatı İdarəsinin sektor müdiri Etibar Mamedov bildirib ki, heyvandarlıq məhsulları istehsalının artırılmasına nail olmaq üçün süni mayalandırma işi uğurla həyata keçirilir. İlin əvvəlindən rayonda fəaliyyət göstərən 8 süni mayalanma texniki tərəfindən 3333 baş inək və düyə süni yolla mayalandırılıb, 1087 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.

© Azərac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0010
  • ₽ RUB
    0.0295