SƏNAYE

Külək və günəş elektrik stansiyalarının istehsal gücü azalıb
04 AVQUST
278

Külək və günəş elektrik stansiyalarının istehsal gücü azalıb

2017-08-04 11:44:00

 Bu ilin yanvar-iyun aylarında Azərbaycanda küləklə işləyən elektrik stansiyaları 8 mln. kVt/saat elektrik enerjisi istehsal edib.

Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% azdır. 

Bu müddətdə günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 19,3 mln. kVt/saat təşkil edib ki, bu da illik müqayisədə 18,9% azdır.

Son 1 ildə ölkədə istilik elektrik stansiyalarının istehsalı illik müqayisədə 3% artaraq 9 648,3 mln. kVt/saat, su elektrik stansiyalarının istehsalı isə 1,4% azalaraq 1 055,1 mln. kVt/saat təşkil edib.

7 ay ərzində ölkədə cəmi elektrik enerjisi istehsalı illik 2,2% artaraq 11 199,6 mln. kVt/saat olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296