SƏNAYE

"SOCAR Petroleum"un cəriməsi ləğv edildi
13 İYUL
315

"SOCAR Petroleum"un cəriməsi ləğv edildi

2017-07-13 14:48:00

SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan "SOCAR Petroleum" yarım il davam edən məhkəmə çəkişməsindən sonra Antiinhisar Komitəsinin iqtisadi rəqabətin pozulması və 2,5 mln. qrivna məbləğində cərimənin tətbiq edilməsi ilə bağlı qərarının ləğv olunmasına nail olub.

Fins.az xəbər verir ki, Kiyev şəhərinin İqtisad Məhkəməsi bununla bağlı müvafiq qərarında çıxarıb.

Söhbət Ukraynanın Antiinhisar Komitəsinin 2016-cı ilin oktyabrın 28-də çıxardığı və 7 avtomobil yanacaqdoldurma kompleksi operatoruna qarşı qaldırdığı iddiadan gedir. Məhkəmə növbəti dəfə sübut edib ki, Antiinhisar Komitəsi tərəfindən keçirilən bazar təhlili yüngül neft məhsullarının pərakəndə satış operatorlarının razılaşdırılmış fəaliyyətini iddia etmək üçün kifayət deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294