SƏNAYE

Azərbaycanda neft hasilatı azalıb – AÇIQLAMA
13 İYUL
254

Azərbaycanda neft hasilatı azalıb – AÇIQLAMA

2017-07-13 11:43:00

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sənaye istehsalı azalıb. Azalma, əsasən, neft sektorunun hesabına baş verib. 
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft sektorunda istehsal 7,2% azalıb.

Sənaye məhsulunun 70,1%-i mədənçıxarma sektorunda, 24,6%-i emal sektorunda, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 9%, əmtəəlik qaz hasilatı isə 0,2% azalıb.

Xatırladaq ki, bu ilin ilk 6 ayında Azərbaycanda  18,6 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 5,5% azdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293