SƏNAYE

Bu məhsulların istehsalı azaldı – SİYAHI
13 İYUL
412

Bu məhsulların istehsalı azaldı – SİYAHI

2017-07-13 11:36:00

Ötən illə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda sənaye məhsullarının istehsalı 5,5% azalıb. Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu ilin ilk 6 ayında 18,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Azalma neft sektorunun hesabına baş verib. Belə ki, yanvar-iyun aylarında neft sektorunda məhsul istehsalı 7,2 faiz azalıb. Sənayenin qeyri-neft sektorunda da isə məhsul istehsalı 4,4 faiz artıb. 

Sənaye məhsulunun

70,1 faizi mədənçıxarma sektorunda,  

24,6 faizi emal sektorunda,

4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda,

0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 

Mədənçıxarma sektorunda neft hasilatı 9 faiz, əmtəəlik qaz hasilatı isə 0,2 faiz azalıb.

Emal sektorunda

Qida məhsullarının istehsalı 2,7 faiz,

içkilərin istehsalı 30,6 faiz,

toxuculuq sənayesi məhsullarının istehsalı 2,1 dəfə,

geyim istehsalı 57,1 faiz,

ağacın emalı və ağacdan məmulatların istehsalı 82,8 faiz,

kağız və karton istehsalı 0,1 faiz,

kimya sənayesi məhsullarının istehsalı 22,4 faiz,

əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə,

rezin və plastik kütlə məmulatlarının istehsalı 48,5 faiz,

tikinti materiallarının istehsalı 38,5 faiz,

kompüter və elektron məhsulların istehsalı 75,7 faiz,

elektrik avadanlıqlarının istehsalı 84,2 faiz,

maşın və avadanlıqların istehsalı 25,1 faiz,

sair nəqliyyat vasitələrinin istehsalı 18,8 faiz,

mebel istehsalı 28,7 faiz artıb. 

Bu məhsulların istehsalı isə azalıb: 

Tütün məmulatlarının istehsalı 31,4 faiz,  

dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 55,8 faiz,

poliqrafiya məhsullarının istehsalı 36,8 faiz,

metallurgiya sənayesi məhsullarının istehsalı 9,5 faiz, 

hazır metal məmulatlarının istehsalı 30,3 faiz,

maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 55,1 faiz

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5 faiz azalıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293