SƏNAYE

Pirallahı Sənaye Parkında şpris istehsal ediləcək
12 İYUL
549

Pirallahı Sənaye Parkında şpris istehsal ediləcək

2017-07-12 13:00:00

Pirallahı Sənaye Parkının yeni rezidenti qəbul edilib. Bu barədə Fins.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yeni rezident “Diamed Co” MMC müəyyən edilib və şirkətin Pirallahı Sənaye Parkında qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 55-58 mln. ədəd müxtəlif tutumlu birdəfəlik şprislər istehsal etməsi nəzərdə tutulur. Zavodda şpris istehsalı zamanı yerli və xarici xammaldan istifadə edilməsi planlaşdırılır.

Zavod tam gücü ilə işə düşdükdən sonra Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, daxili tələbat yerli istehsal hesabına keyfiyyətli birdəfəlik şprislə təmin edəcək, bu məhsullara idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaqdır. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 50 yeni iş yeri açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294