SƏNAYE

İlham Əliyev: “Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi”
10 İYUL
174

İlham Əliyev: “Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi”

2017-07-10 14:18:00

“Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır, əməkdaşlıq çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən, enerji sahəsində Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı bir çox önəmli, strateji layihələrin icrasına imkan verib”.
Fins.az-ın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, bu layihələrin içərisində Bakı-Tbilisi-Ceyhanneft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP layihəsi qeyd edilməlidir: “Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Azərbaycan qədim neft diyarıdır. Dünyada sənaye üsulü ilə neft ilk dəfə Azərbaycanda - 1846-cı ildə Bakıda çıxarılıb. Ondan bir əsr sonra, 20-ci əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft Xəzərin Azərbaycan sektorunda Azərbaycan neftçiləri tərəfindən hasil edilib. Ancaq o vaxt Azərbaycan müstəqil deyildi və biz təbii sərvətlərimizdən tam istifadə edə billmirdik. Müstəqillik illərində Azərbaycan xalqı öz taleyinin, sərvətlərinin sahibi oldu və müstəqillik dövründə bu təbii sərvətlər ölkəmizin inkişafına, xalqın rifah halına xidmət etməyə başladı. Müstəqilliyimizin ilk illərində, 1994-cü ildə Azərbaycan ilk dəfə Xəzər dənizini xarici sərmayədarların üzünə açdı. 1994-cü ildən Azərbaycanın neft sənayesinə böyük sərmayələr qoyulmağa başlanıb. 1994-cü il həm də ona görə əlamətdardır ki, həmin il “Əsrin müqaviləsi” imzalanıb və bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin doldurulmasında əsas rol oynayır”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289