SƏNAYE

Türkiyəli nazirdən ”TANAP"la bağlı – AÇIQLAMA
10 İYUL
226

Türkiyəli nazirdən ”TANAP"la bağlı – AÇIQLAMA

2017-07-10 09:23:00

TANAP 2018-ci ilin ortalarında istismara veriləcək.

Fins.az-ın məlumatına görə, bu sözləri XXİİ Dünya neft Kongresinin açılışındakı çıxışında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Bərat Albayrak deyib.

Türkiyənin son illərdə həyata keçirməyə hazırlaşdığı  böyük enerji layihələrindən danışan nazir Albayrak, Bakı-Tbilisi-Ceyhan kəməri sayəsində Ceyhan  limanını dünyanın ən önəmli enerji nəqli mərkəzlərindən biri halına  gətirdiklərini vurğulayıb.

Bərat Albayrak deyib: ”Qonşu ölkələrdə yaşanan iqtisadi problemlərlə müqayisə edəndə Türkiyənin cəsarətlə  çox mühüm enerji layihələrinin altına imza atdığını görürük. Bunlardan biri də Türkiyənin və Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli yeri olacaq TANAP layihəsidir. Biz layihədə işin yarısından çoxunu görmüşük, gələn ilin ortalarında TANAP layihəsini  istismara verəndən sonra Türkiyə və Avropa o xətdən fasiləsiz şəkildə təbii qaz ala biləcək”

İyulun 10-da XXİİ Dünya Neft Konqresinin  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyində keçiriləcək dövlət başçıları mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyeviştirak edəcək.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294