SƏNAYE

"Cənub Qaz Dəhlizi" ötən ili zərərlə başa vurub
07 İYUL
274

"Cənub Qaz Dəhlizi" ötən ili zərərlə başa vurub

2017-07-07 14:36:00

2016-cı il ərzində SOCAR tərəfindən Cənubi Qafqaz Boru Kəməri və Cənub Qaz Dəhlizi asılı müəssisələrinin səhmdar kapitalına müvafiq olaraq 104 mln. manat (2015-ci il: 107 mln. manat) və 693 mln. manat (2015-ci il: 665 mln. manat) məbləğində əlavə vəsaitlər yatırıb.

"APA-Economics" SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il Cənubi Qafqaz Boru Kəməri 324 mln. manat mənfəət əldə edib ki, bunun 32 mln. manatı SOCAR-ın payına düşür.

Bakı-Tbilisi-Ceyhan Boru Kəməri şirkəti ("BTC Co") isə 2016-cı ili 815 mln. manat mənfəətlə başa vurub. Bu mənfəətdən SOCAR-ın payına 206 mln. manat düşüb.

Cənub Qaz Dəhlizi şirkətinin ötən ili 101 mln. manat zərərlə başa vurması SOCAR-a 49 mln. manat zərərə başa gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288