SƏNAYE

SOCAR-ın gəlirləri 57% artdı
07 İYUL
261

SOCAR-ın gəlirləri 57% artdı

2017-07-07 09:31:00

 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il 350 mln. manat xalis mənfəət əldə edib.

Fins.az xəbər verir ki, şirkət 2015-ci ildəki 1,785 mlrd. manat zərərə qarşı ötən ili 350 mln. manat xalis mənfəətlə başa vurub.

Ötən il şirkətin gəlirləri 2015-ci ilə nisbətən 57% artaraq 51,905 mlrd. manata çatıb. Satışların maya dəyəri isə 59% artıb və 47,387 mlrd. manat olub. Beləliklə, ötən il SOCAR-ın ümumi mənfəəti 39% artaraq 4,518 mlrd. manat təşkil edib.

Şirkətin əməliyyat fəaliyyətindən mənfəəti 47% artaraq 1,896 mlrd. manat olub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285