SƏNAYE

Azərbaycanda qızıl hasilatı kəskin artıb
16 İYUN
771

Azərbaycanda qızıl hasilatı kəskin artıb

2017-06-16 17:47:00

2017-ci ilin yanvar-may aylarında Azərbaycanda 1 min 741,6 kq qızıl hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,2 dəfə çoxdur. Bu barədə fins.az Dövlət Statistika Komitəsindən istinadən məlumat verir.

May ayında isə 1 min 369,5 kq qızıl hasil edilib.

Hasil edilən qızıl emala göndərilib.

2016-cı ildə Azərbaycanda 1 min 894,1 kq qızıl hasil olunub, hasilatın həcmi 15% azalıb.

Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.

İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət “Qədir” yatağında qızıl hasilatına başlayıb.*

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296