SƏNAYE

Universitet "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edəcək
16 İYUN
585

Universitet "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edəcək

2017-06-16 11:37:00

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edərək onları bazara çıxaracaq.

Fins.az-ın məlumatına görə, bunu universitetin rektoru Mustafa Babanlı II Startap və İnnovasiya Festivalında çıxış edərkən deyib.

Rektorun sözlərinə görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı deyib ki, indiyədək universitetin "erazi Start" Startap və İnnovasiya Mərkəzində onlarla layihə hazırlanıb. Festivalda təqdim olunan 20 layihənin özəlliyi onların prototipinin hazırlanmasıdır. ADNSU bu ilin sonunadək həmin layihələrdən bir necəsi üzrə istehsalın təşkil edilməsini və məhsulların "Made in Azerbaijan" brendi altında bazara çıxarılmasını planlaşdırır.

M.Babanlı qeyd edib ki, ADNSU-da yeni açılan Lazer Mərkəzi ilk mərhələdə təhsil mərkəzi kimi fəaliyyət göstərərək tələbələrə bu sahədə biliklərin verilməsini nəzərdə tutur. Lazımi nəzəri baza və biliklərə yiyələndikdən sonra burada iqtisadiyyat və sənayenin müxtəlif sahələrində istifadə olunan avadanlıqların təmiri və bərpasının həyata keçirilməsi, eyni zamanda lazer başlıqlarının istehdalının təşkili nəzərdə tutulub.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289