SƏNAYE

Qızılın qiyməti 1 300 dolları ötə bilər – PROQNOZ
14 İYUN
355

Qızılın qiyməti 1 300 dolları ötə bilər – PROQNOZ

2017-06-14 17:54:00

"ABŞ-da uçot dərəcəsinin artırılması ehtimalının yüksək olmasına baxmayaraq, tədricən artan siyasi qeyri-müəyyənlik və geosiyasi risklər qızılın bahalaşmasına dəstək verir". Bu, "ANZ" bankının (Australia and New Zealand Banking Group) bugünkü hesabat proqnozunda qeyd olunub.

Hesabata görə, "ANZ" qızılın qiymətinin 1 250 dolllar/unsiya səviyyəsindən yüksək qalacağını proqnozlaşdırır. Bankın analitiklərinin fikrincə, ABŞ-da siyasi vəziyyət bu il pisləşərsə, qızılın qiyməti 1 300 dollar/unsiya həddini də keçəcək.

"ANZ" bu gün və sentyabrda ABŞ-da uçot dərəcəsinin artırılması ehtimalının qızılın qiymətinə mənfi təsir etməyəcəyini bildirib. Hesabatda həmçinin qeyd olunub ki, 1970-ci ildən bu günədək 7 faiz artırma mərhələsinin yalnız birində qızılın qiyməti düşüb.

Xatırladaq ki, hazırda qlobal əmtəə bazarında qızılın qiyməti 1 270 dollar/unsiya təşkil edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285