SƏNAYE

Azərbaycanda sənaye istehsalı azalıb
14 İYUN
487

Azərbaycanda sənaye istehsalı azalıb

2017-06-14 16:47:00

Bu ilin yanvar-may aylarında Azərbaycanın sənaye sektorunda 15,7 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% az məhsul istehsal edilib.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,9% artıb, neft sektorunda isə 7,1% azalıb.

Sənaye məhsulunun 70,2%-i mədənçıxarma sektorunda, 24,4%-i emal sektorunda, 4,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 9,2% azalıb, əmtəəlik qaz hasilatı isə ötən ilin müvafiq dövrünün səviyyəsində qalıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287