SƏNAYE

Azərbaycanda sutkalıq neft hasilatı 80 min barel azalıb
13 İYUN
325

Azərbaycanda sutkalıq neft hasilatı 80 min barel azalıb

2017-06-13 16:26:00

Mart ayı ilə müqayisədə 2017-ci ilin aprelində Azərbaycanın sutkalıq neft hasilatı 40 min barel artaraq orta hesabla 80 mln. barelə çatıb.

Fins.az  OPEC-in hazırladığı "Neft bazarlarına dair aylıq hesabat"ına istinadən xəbər verir ki, buna baxmayaraq, bu rəqəm ötən illə müqayisədə sutkalıq 80 min barel azdır.

Hesabatda bildirilir ki, Xəzərin Azəri-Çıraq-Günəşli yataqlar blokunda hasilatın 16%-dən çox azalması ümumi hasilatın aşağı düşməsinə səbəb olur.

Bütövlükdə, OPEC bu il Azərbaycanda sutkalıq neft hasilatının ötən illə müqayisədə 60 min barel azalaraq orta hesabla 0,78 mln. barelə çatacağı proqnozlaşdırılır.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297