SƏNAYE

"Azəriqaz"da 6431 yeni abonent qeydiyyata alınıb
13 İYUN
201

"Azəriqaz"da 6431 yeni abonent qeydiyyata alınıb

2017-06-13 12:39:00

Bu ilin may ayı ərzində SOCAR-ın “Azəriqaz”  İstehsalat Birliyində əhali sektoru üzrə 6431 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz”dan  verilən məlumata görə, bunun 3599-u Bakı, Abşeron və Sumqayıt, 2832-si isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 45 min 46-ya çatıb.

Qeyd edək ki, bu ilin iyunun 1-nə olan məlumata görə qeyri-əhali sektoru üzrə 431 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288