SƏNAYE

Bu həftə neftlə bağlı 2 mühüm xəbər gözlənilir
13 İYUN
296

Bu həftə neftlə bağlı 2 mühüm xəbər gözlənilir

2017-06-13 09:31:00

Neft bazarlarında qiymətlərə bu həftə açıqlanacaq 2 vacib xəbər təsir göstərəcək. 

İyunun 13-də OPEC təşkilatının, iyunun 14-də isə Beynəlxalq Energetika Agentliyinin (İEA) hesabatları açıqlanacaq. Bununla yanaşı, iyunun 14-də ABŞ-da kommersiya tipli neft ehtiyatları və gündəlik neft hasilatının həcmi barədə hesabat və iyunun 16-da "Baker Hughes" neft-qaz xidmətləri şirkətinin həftəlik neft quyuları barədə hesabatı gözlənilir. Bu səbəbdən neftin qiymətində bu həftə dalğalanmaların artması ehtimal edilir.

"Report"un analitik qrupu bildirir ki, neftin qiyməti azalma trendinə daxil olub və 40 dollar/barel səviyyəsindən aşağı düşə bilər. Qiymətlərin yüksəlməsi üçün neft bazarı olduqca müsbət xəbərlə üzləşməlidir. Bu halda neftin qiyməti 50 dollar/barel səviyyəsini ötə bilər. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287