SƏNAYE

Neft və qaz satışından gəlirlər açıqlandı
12 İYUN
371

Neft və qaz satışından gəlirlər açıqlandı

2017-06-12 12:58:00

2016-cı ildə mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər maddəsi üzrə ARDNF-nin büdcəsinə 8 mlrd. 320 mln. manat və ya 5 mlrd. 189,1 mln. ABŞ dolları məbləğində vəsait daxil olub.

Fins.az xəbər verir ki, bu barədə ARDNF-nin 2016-cı il üzrə audit hesabatında yer alan məlumatda deyilir. Hesabat "PricewaterhouseCoopers Audit Azerbaijan LLC" tərəfindən aparılıb.

Hesabatdan məlum olur ki, Azərbaycanda dənizdə və quruda yerləşən yataqların işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında Sazişlərə (HPBS) uyğun olaraq 2016-cı ildə mənfəət neftinin və qazın satışı üzrə daxilolmaların 98,3%-i Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından hasil edilmiş mənfəət neftinin və qazın satışından daxil olub. Belə ki, AÇG yatağı üzrə hesabat ili ərzində 5 100,23 mln. ABŞ dolları, Şahdəniz yatağından hasil edilmiş mənfəət qazının satışından təqribən 63,98 mln. ABŞ dolları (bu məbləğə SOCAR tərəfindən “Şahdəniz” Faza 1 layihəsi çərçivəsində SOCAR (Azərbaycan dövləti) və alıcılar arasında qazın alqı-satqısı üzrə bağlanmış sazişlər üzrə müvafiq illik qaz həcmlərindən artıq olan hissəsinə görə ödənilən vəsait (135 mln. ABŞ dolları) daxil edilməyib) və digər yataqlar üzrə isə 24,9 mln. ABŞ dolları həcmində vəsait daxil olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287