SƏNAYE

Azərbaycanda "An-178" təyyarələrin yığılacağı tarix məlum oldu
07 FEVRAL 2017
809

Azərbaycanda "An-178" təyyarələrin yığılacağı tarix məlum oldu

2017-02-07 11:22:00

"Azərbaycanda "An-178" təyyarələrinin yığılmasına 2018-2019-cu illərdə başlanılması planlaşdırılır".

Fins.az xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko bildirib.

O xatırladıb ki, Bakı və Kiyev arasında 10 ədəd "An-178" yük təyyarəsinin tədarükü ilə bağlı razılaşma mövcuddur. Səfir əlavə edib ki, Ukrayna tərəfi satış üçün 2 təyyarə hazırlayır, digər 8 təyyarə isə Azərbaycanda yığılacaq.

"Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədr müavini Oleq Qladkovski ilə "Azərbaycan Hava Yolları"nın (AZAL) prezidenti Cahangir Əsgərov arasında daimi məsləhətləşmələr aparılır. AZAL artıq modullar və yığım prosesinin olacağı məkanların inşasına başlayıb", - deyə diplomat vurğulayıb.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300