SƏNAYE

İstehsal sektoruna kredit qoyuluşu 40% azalıb
30 YANVAR 2017
512

İstehsal sektoruna kredit qoyuluşu 40% azalıb

2017-01-30 10:27:00

Sənaye və istehsal sektoruna qoyulan kreditlərin həcmi 2014-2015-ci illərdə pik səviyyədə olub. Real sektorun əsasını təşkil edən bu sahələrə investisiya yatırımı 2016-cı ildə 40 faiz geriləyib.
Fins.az Mərkəzi Bankın statistikasına əsasən xəbər verir ki, 2014-cü ilin sonuna bu sahəyə qoyulan kreditlərin cəmi həcmi 2 milyard 67 milyon manat təşkil edib. Bu, real sektora qoyulan kreditlərin yalnız 11.4%-ni təşkil edir. Kredit qoyuluşlarında 2015-ci ilin fevral ayına qədər artım tendensiyası müşahidə olunub. Və 2015-ci ilin fevral ayında bütün bu dövrlər ərzində ən çox kredit qoyuluşu edilmişdir ki, onunda məbləği 2 milyard 248 milyon manatdır. Onun real sektordakı xüsusi çəkisi isə cəmi 11.5%-dir. Gördündüyü kimi, sənaye və istehsal sektoruna qoyulan kreditlərin 2015-ci fevral ayındakı xüsusi çəkisi 2014-ci ilin noyabr ayındakı xüsusi çəkisindən cəmi 0.5% çoxdur.

2015-cı ilin noyabr ayında isə qoyulan kreditlərin məbləğində azalma nəzərə çarpır. Belə ki, bu məbləğ birdən birə 429 milyon manat azalaraq 1 milyard 819 milyon manata düşüb. 2014-cü ilin eyni dövrü ilə müqayisədə 2015-ci ilin noyabr ayında baş verən azalma təbii ki, ölkədə baş verən devalvasiyalar, iqtisadiyyatda problemlər, neftin qiymətinin dünya bazarında düşməsi və sair faktorlarla başlıdır. Bunu 2016-cı il üzrə göstəriciləri əvvəlki illərlə müqayisə etdikdə açıq şəkildə görürük. Belə ki, 2016-cı ilin noyabr ayında sənaye və istehsal sektoruna 1 milyard 241 milyon manat kredit qoyulub ki, bu da 2014-cü ilin eyni ayı ilə müqayisədə  təqribən 40%, 2015-ci ilin eyni dövrü ilə müqayisədə də 32% azalıb. Xüsusi çəkisi isə 7.6% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258