SƏNAYE

1600 yeni iş yeri açılacaq - XALÇA ZAVODLARI TİKİLİR
24 YANVAR 2017
850

1600 yeni iş yeri açılacaq - XALÇA ZAVODLARI TİKİLİR

2017-01-24 13:07:00

“Azərbaycanda alüminium sənayesinin inkişafı üçün kompleks tədbirlər hazırlanıb və Gəncədə bu sahə üzrə Sənaye Parkının yaradılması imkanları araşdırılır”. 

 

Bu barədə İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Qeyd edilib ki, Neftçala Sənaye Zonasında ümumi investisiya qoyuluşu 49 mln. manatdan çox olan və 600-dən çox yeni iş yerlərinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır. Sənaye Zonasında 5 müəssisə - karton stəkan istehsal edən "Sun Rise Production", polietilen boru istehsal edən "Toğrul-2008", kənd təsərrüfatı təyinatlı qurğuların istehsalı müəssisəsi "Petroqeoaz", modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan "Providence Doytch Limited" və balıq yemi istehsal edən "Kəhf" şirkətləri 2017-ci ilin yanvar-mart aylarında artıq məhsul istehsalına başlayacaq, avtomobil istehsal edən "Azeurocar" isə 2017-ci ilin iyul ayında fəaliyyətə başlamağı planlaşdırır. Digər layihələri icrası istiqamətində işlər görülür.

 

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Masallı Sənaye Zonasının təşkili ilə bağlı işlər intensiv olaraq davam etdirilir. Sahibkarların Sənaye Zonasına marağı böyükdür. Belə ki, sahibkarlar tərəfindən artıq ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir. Hazırda Masallı Sənaye Zonasının layihələndirmə işləri başa çatmaq üzrədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254