SƏNAYE

Bir kilovat saat elektrik enerjisi ilə nə etmək olar?
10 YANVAR
1487

Bir kilovat saat elektrik enerjisi ilə nə etmək olar?

2017-01-10 09:35:00

Elektrik enerjisinin qiymətinin bahalaşması qənaət etməyi zəruriləşdirdi. Fins.az 1 kilovat saat elektrik enerjisi ilə evdə hansı işləri görməyin mümkünlüyünü aydınlaşdırıb.

Evdə
• Bir maşın paltar yumaq (söhbət paltar yuyan maşından gedir)
• 15 köynək ütüləmək olar
• 60 vatlıq lampa 17 saat yana bilər
• Orta səviyyəli tozsovuran 60 dəqiqə işləyə bilər (1000W )
• Qənaətli lampaları 90 saat yandırmaq olar (11 Vat)
Mətbəxdə:
• İki gün 300-litrlik soyuducu işləyə bilər.
• Bir tort bişirmək olar.
•Elektrik peçində dörd nəfərlik yemək bişirmək olar.
• 70 fincan qəhvə hazırlamaq olar.
•133 dilim çörək qızartmaq olar (tosterdə)
•Bir kilovat saat enerji ilə 60 dəqiqə saç qurutmaq olar,
•Yeddi saat televiziyaya baxmaq olar.
•2500 kişi 1 kilovat saat elektrik enerjisi ilə üzünü qırxa bilər. Bu böyük bir kənd əhalisinin bütün kişiləri deməkdir.
Bu məbləğlər istifadə olunan cihazlardan asılı olaraq az fərqli ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7352
  • € EUR
    1.8522
  • ₽ RUB
    0.0301