SƏNAYE

SOCAR və "Transneft" neft nəqlinə dair saziş imzalayıb
09 YANVAR
302

SOCAR və "Transneft" neft nəqlinə dair saziş imzalayıb

2017-01-09 16:46:00

SOCAR (ARDNŞ) və Rusiyanın "Transneft" şirkəti ilə 20117-ci ildə Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin nəqlinə dair saziş imzalayıb. Bu barədə Fins.az-a ARDNŞ-dən məlumat verilib.

"Transneft" ilə saziş artıq imzalanıb və 2017-ci ildə Bakı-Novorossiysk boru kəməri ilə 1,5 mln. ton Azərbaycan neftinin nəqlini nəzərdə tutur. Bu həcmin 325 min tonu cari ilin birinci rübündə nəql üçün bəyan edilib”, - deyə şirkətdən bildiriblər.

SOCAR-ın məlumatına görə, 2016-cı ildə isəBakı-Novorossiysk kəməri ilə 1,22 mln. ton neft nəql olunub.

Azərbaycan 1997-ci ildən etibarən Bakı-Novorossiysk boru kəməri iləöz neftini nəql edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285