SƏNAYE

Azərbaycan bu gündən sutkalıq neft hasilatını azaldır
01 YANVAR
1589

Azərbaycan bu gündən sutkalıq neft hasilatını azaldır

2017-01-01 13:54:00

zərbaycan OPEK-lə əldə edilən razılaşma çərçivəsində bu gündən sutkalıq neft hasilatını 35 min barel azaldılması prosesinə başlayır.

10 dekabr 2016-cı ildə Vyanada keçirilən görüşdə OPEC ölkələri  gündəlik neft hasilatını 32,5 mln. barel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyərək, bu həcmdən artıq neft istehsal etməyəcəklərini bəyan ediblər.

 Görüşdə  OPEC-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib. Ancaq bu o demək deyil ki, Azərbaycan yanvarın 1-də dərhal neft hasilatını 35 min barel azaldacaq. Yanvarın 1-dən OPEK-in qərarı qüvvəyə mini rvə Azərbaycan neft hasilatının azaldılması prosesinə başlayır. OPEK neft hasilatının 6 ay ərzində 35 min barel azaldılmasını gözləyir. 

Mənbə APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287