SƏNAYE

Enerjinin maya dəyəri ucuzlaşdı
27 DEKABR 2016
577

Enerjinin maya dəyəri ucuzlaşdı

2016-12-27 16:27:00

Dünyada 30-dan çox ölkədə bərpa olunan enerjinin maya dəyəri neft və qazla bərabərləşib və ya bundan daha ucuz olmağa başlayıb. Bu barədə Beynəlxalq İqtisadiyyat Forumunun (İEF) dekabr hesabatında bildirilir. 

Hesabata əsasən, bu ölkələr arasında əsas yeri Avstraliya, Braziliya, Meksika və Çili tutub. Digər ölkələrin adı çəkilməsə də "Deutsche Bank"ın bir qədər əvvəl dərc etdiyi məqalədə bu kateqoriyadan olan ölkələr sırasında Almaniya, İsrail, Yeni Zelandiya, Türkiyə, Yaponiya və digərlərinin adı yer alıb.

İEF-in Uzunmüddətli investisiyalar Departamentinin rəhbəri Maykl Drekslerə (Michael Drexler) görə, bərpa olunan enerjinin taleyi "qırılma nöqtəsində"dir: "Günəş və külək enerjisi çox rəqabətə davamlı olub, onların maya dəyəri kəskin aşağı düşüb. Bu isə nəinki kommersiya nöqteyi nəzərindən faydalı, həmçinin investisiyalar üçün uzunmüddətli, sabit, gəlirlərin inflyasiyadan qorunması cəhətdən cəlbedicidir". 

İEF-in hesabatına görə, yaxın illərdə ölkələrin 4/5-də bərpa olunan enerjinin maya dəyərinin ənənəvi enerji ilə paritetə çatması təmin olunacaq.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7025
  • € EUR
    1.8566
  • ₽ RUB
    0.0299