SƏNAYE

Neft ölkələrinə neftin hansı qiyməti sərfəlidir? – SİYAHI
02 DEKABR
507

Neft ölkələrinə neftin hansı qiyməti sərfəlidir? – SİYAHI

2016-12-02 12:13:00

Öz büdcəsini balanslaşdırmaq üçün İrana bir barel üçün $55 belə kifayətdir. Liviyaya isə təqribən 4 dəfə baha qiymət lazımdır. Mütəxəssislərin hesablamalarına görə Rusiya üçün bir barel $69 qiymət uyğundur.

Fins.az “Bloomberg”-ə istinadən xəbər verir ki, dünyanın ən böyük neft hasil edən ölkələrinin hər birinə büdcələrini balanslaşdırmaq üçün qara qızılın müxtəlif qiyməti lazımdır. Ölkələr arasında əsas neft istehsalının nə qədər (hansı həcmdə) azaldıması mövzusunda fikir ayrılığı yaranır. “Bloomberg” Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatları və investor banklarının nəticələrinə əsasən Rusiya və OPEK ölkələri üçün büdcələrini balanslaşdırmağa lazım olan neft qiymətlərini hesablayıb.

Küveyt - 47,8 dollar

Beləliklə “Bloomberg” yazır ki, 2016-cı il büdcə kəsirinin öhdəsindən gəlmək üçün Küveytə 1 barel neftin ortalama qiyməti $47,8 kifayət edəcək. Bu “Brent”-in 1 barelinin “ICE” birjasında bazar ertəsi qiymətindən ($48,05) belə azdır. Küveyt hökuməti ənənəvi olaraq Səudiyyə Ərəbistanı timsalında öz müttəfiqinin mövqeyini dəstəkləyərək, neft hasilatının azaldılmasına səsləyir.

BƏƏ - 58,6 dollar

“Bloomberg” BVF-nin hesabatlarına istinadən yazır ki, büdcəsini balanslaşdırmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) neftin1 barelinin $58,6 qiymətinə qalxması lazımdır. Qətər üçün $62,1 qiyməti uyğundur. Səudiyyət Ərəbistanı üçün qiymət $79,7 olmalıdır. Neftin qiymətinin ucuzlaşması zəminində Səudiyyət Ərəbistanın 2015-ci il büdcə kəsri 1991-ci ildən bəri maksimum həddinə çataraq, $97 milyard və ya 15% ÜDM təşkil edib. 

İran - 55,3 dollar

İrana büdcəsini balanslaşdırmaq üçün neftin 1 barelinin $55,3 qiymətində olması zəruridir. Lakin digər ölkələrdən fərqli olaraq İran, neft bazarında ABŞ və Aİ tərəfindən tətbiq olunan sanksiyalar nəticəsində azalmış payını geri qaytarmaq fikrindədir. Məhz buna görə də İran öz hasilatını artırmaq hüququ əldə etməyə çalışır.

İraq - 58,3 dollar

Eyni zamanda İraq hökuməti də OPEK-dən istisna hüququ tələb edir. İraq neft hasilatının azaldılmasının ədalətisizliyinə diqqət çəkmək istəyir. İŞİD-lə mübarizə aparan İraq üçün neft əsas gəlir mənbəidir və BVF-nın hesablamalarına görə büdcəsini balanslaşdırmaq üçün İraqa neftin 1 barelinin $58,3 qalxması lazımdır.

Anqola - 66,06 dollar

“UBS Group AG”-nın hesablamalarına görə Anqolaya büdcə kəsrinin öhdəsindən gəlmək üçün neftin 1 bareli $66,06 qiymətində olmalıdır. “Bloomberg” qeyd edir ki, neft qiymətləri aşağı olduqca Anqola istehsal həcmini 2014-ci ilin səviyyəsinə qaldıra bilmir.

Əlcəzair - 90,6 dollar

Əlcəzairin neft qiymətinin kəskin artmasına ehtiyacı var, çünki BVF-nın rəqəmlərinə inansaq ölkənin büdcəsi kəsirsiz, ancaq 1 barel $90,6 qiymətinə çatdıqda mümkündür. Bu ölkənin hökuməti OPEK tərəfindən razılaşdırılmış qərarın qəbul edilməsini dəstəkləyir və bu qərarın qəbulu üçün Əlcəzair ayrı – ayrı ölkələrə müəyyən güzəştlər təqdim etməyə belə razıdır.

Ekvador - 104,69 dollar

“UBS”-nın hesablamalarına görə ucuz neftin Ekvador  daha kəskin mənfi təsirləri var. Bu ölkədə büdcə kəsirinə qalib gəlmək üçün neftin 1 barelinin qiyməti $104,69 olmalıdır. Ekvadorun prezidenti Rafael Korrea öncəki çıxışlarının birində qeyd edib ki, neft hasilatının azaladılması üzrə razılığın əldə olunmaması OPEK-in tənəzzülü ilə nəticələnə bilər. 

Venesuela - 117,5 dollar

Kəskin maliyyə böhranından əziyyət çəkən Venesuela üçün də neftin qiymətinin davamlı ucuzlaşması ümumi iqtisadi kollaps deməkdir. Hazırki vəziyyətdə ölkə iqtisadiyyatının dirçəlməsi üçün neftin qiyməti $117,5 olmalidir.

Nigeriya - 85,4 dollar

Neft sənayesi obyektlərinə hücum edən üsyançılarla mübarizə aparan Nigeriya OPEK-in kvotalarından azaddır, ancaq ölkə neftin qiymətinin artmasında maraqlıdır. Büdcəsinin balanslaşdırılması üçün Nigeriyaya neftin 1 barelinin $85,4 (Deutsche Bank hesablamaları) olması kifayətdir.

Liviya - 216,5 dollar

Vətəndaş müharibəsi nəticəsində faktiki olaraq darmadağın olmuş Liviya da səbirsizliklə "qara qızılın" necə bahalaşacağını gözləyir. Bu ğlkə üçün 1 barelin qiyməti $216,5 (BVF-nin hesablamaları) olmalıdır. Amma qiymətlər çətin ki yaxın vaxtlarda bu həddə catsın. 

Rusiya - 69 dollar

“Bloomberg” “Natixis SA”-ya istinadən yazır ki, Rusiyaya büdcə kəsrinin öhdəsindən gəlmək üçün 1 barel neftin qiymətinin $69 olması gərəkdir. Rusiyanın prezidenti Vladimir Putin sentyabrdakı çıxışında söyləyib ki, onun ölkəsini indi mövcud qiymətlər də qane edir, lakin “bir az daha baha olsa, yaxşı olar”. Energetika Naziri Aleksandr Novak noyabrın 26-da qeyd edib ki, Rusiya kartelə daxil olan ölkələrin ümumi razılığa gəldiyi zaman OPEK-in qərarını dəstəkləyəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274