SƏNAYE

SOCAR DESFA-dan imtina edir
01 DEKABR
161

SOCAR DESFA-dan imtina edir

2016-12-01 11:26:00

Ötən gün Yunanıstan hökuməti ilə SOCAR arasında qazpaylayıcı şəbəkə olan DESFA-nın özəlləşdirilməsinə dair aparılan danışıqlar nəticəsiz qalıb. Yunanıstan hökuməti DESFA-nın səhmlərinin 66%-nin satılmasına növbəti dəfə maneə yaradıb.

SOCAR ilk olaraq 400 mln. avro olan investisiyanın məbləğini azaltmağı təklif edib. Yunanıstanın Energetika Nazirliyinin rəsmisi isə bildirib ki, bu təklifin reallaşdırılması qeyri-mümkündür və tenderin ləğvinə səbəb ola bilər.

"Beynəlxalq kreditorlarla aparılacaq məsləhətləşmələrdən sonra gələn həftə Yunanıstan hökuməti yeni tender elan edəcək", - deyə o bildirib.

Bu arada "İnterfax" agentliyi Yunanıstanın Energetika Nazirliyinə istinadən yazır ki, SOCAR DESFA-nın özəlləşdirilməsindən imtina edib. 

Yunanıstanın energetika naziri Panos Skurletis də öz "Twitter" hesabında məsələ ilə bağlı şərh verib: "DESFA-nın özəlləşdirilməsinin uğursuzluğunun səbəbi SOCAR tərəfindən Avropa qanunvericiliyinin və rəqabət şərtlərinə riayət olunmamasıdır". 

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alıb. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir. 

DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir. Səhm paketini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir və bununla bağlı SOCAR-la danışıqlar aparılır.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274