SƏNAYE

Azərbaycan Asiya neft bazarlarını ələ keçirir
01 DEKABR
116

Azərbaycan Asiya neft bazarlarını ələ keçirir

2016-12-01 09:34:00

Аzərbaycan Asiya bazarlarına neft tədürükünü artırmağa çalışır, deyə Reuters yazır.  Eikon-un məlumatları göstərir ki, oktyabrda Аzərbaycan Çin, Tayvan və Hindistana 7 mln barrel neft göndərib. Bu, 2015-ci ilin yanvarından maksimumdur.

Nəşr bidlirir ki, Asiya alıcıları OPEK-in qiymətləri necə açıq müzakirə etdiyini izləyir. Alıcılar bildirir ki, OPEK-dən kənar tədarükün əlçatanlığı fonunda onlar yeni mənbələri nəzərdən keçirir.

Forbes qeyd edir ki, OPEK neft hasilatını azaltmaq barədə qərara gəlsə, Asiya bazarına bu quruma daxil olmayan ölkələrdən neft daxil olacaq. Rəqəmlər göstərir ki, Аzərbaycan bu zonada aktivlik nümayiş etdidir.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274