SƏNAYE

"SOCAR Trading"in Çin bazarında gözü var
01 DEKABR
91

"SOCAR Trading"in Çin bazarında gözü var

2016-12-01 09:15:00

Azərbaycan Dövlət Neft Şirkətinin ticarət bölməsi olan "SOCAR Trading" şirkəti Çinin neft bazarına daxil olmaq niyyətindədir.

Bunu "Reuters" agentliyinə müsahibəsində şirkətin rəhbəri Arzu Əzimov deyib.

Onun sözlərinə görə, bu məqsədlə şirkət London ofisində işləyəcək üç yeni treyder tutub: "Çinin "Unipec" şirkətinin keçmiş şöbə rəhbəri və "Shell"-in keçmiş treyderi artıq SOCAR-la əməkdaşlıq edir, daha bir treyder isə gələn il bizə qoşulacaq. Biz Çinin neft emalı zavodlarına çıxış imkanlarımızı inkişaf etdirəcəyik".

A.Əzimov bildirib ki, "SOCAR Trading" çinli emalçılara birbaşa xammal satmağı planlaşdırır.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271