SƏNAYE

Yunanıstan SOCAR-dan yenə də xahiş etdi
29 NOYABR
299

Yunanıstan SOCAR-dan yenə də xahiş etdi

2016-11-29 12:00:00

Yunanıstanın Əmlakın Özəlləşdirilməsi Fondu (HRADF) Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) DESFA qaz operatorunun səhmlərinin 66 faizinin alınması ilə bağlı tender üzrə zəmanət məktubunun müddətinin dekabrın 23-ə qədər uzadılmasını xahiş edib.

SOCAR-ın zəmanət məktubunun müddəti noyabrın 30-u başa çatır və öz növbəsində, Azərbaycan şirkəti müddətin uzadılmasından əvvəl Yunanıstan tərəfindən yazılı zəmanət almağa çalışır.

Qeyd edək ki, SOCAR Yunanıstan tərəfinin xahişinə əsasən DESFA-nın səhmlərinin əldə olunması ilə bağlı zəmanət məktubunun müddətini sentyabr və oktyabr aylarında da uzatmışdı. Məlumata əsasən, danışıqlarda əsas maneə əldə olunan səhmlərin ümumi dəyəri məsələsidir.

Xatırladaq ki, SOCAR 2013-cü ildə DESFA-nın səhmlərinin əldə olunması üzrə tenderdə qalib gəlmişdi.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272