SƏNAYE

SOCAR yeni yaradılmış konsorsiumun 26%-ni əldə edib
25 NOYABR
225

SOCAR yeni yaradılmış konsorsiumun 26%-ni əldə edib

2016-11-25 11:55:00

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) mayeləşdirilmiş təbii qazın idxalı məqsədilə terminal tikintisi üçün Fransanın "Total" neft-qaz şirkəti və Kot d`İvuar Dövlət Neft Şirkəti tərəfindən yaradılmış yeni konsorsiumun 26%-ni əldə edib.

Yeni "Coted'Ivoire-GNL" şirkətinin pay bölgüsündə "Total" 34%, SOCAR 26%, Kot d`İvuar Dövlət Neft Şirkəti - "Petroci" 16%-lik göstəriciyə malikfir. "Royal Dutch Shell" şirkəti də səhmlərin kiçik hissəsinə sahib çıxıb.

18 ay ərzində həyata keçirilməli olan layihənin ümumi dəyəri 100 milyon ABŞ dolları təşkil edir. Terminal ilkin olaraq 100 milyon kubmetr qaz saxlayacaq, amma tədricən onun saxlama həcmi 400 milyon kubmetrə qədər artırılacaq.

Mənbə: Virtualaz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272