SƏNAYE

Gələn il inflyasiyanın səviyyəsi 7%-dən artıq proqnozlaşdırılır
21 NOYABR
244

Gələn il inflyasiyanın səviyyəsi 7%-dən artıq proqnozlaşdırılır

2016-11-21 13:49:00

Azərbaycan hökuməti Azərbaycanda orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır. Bu barədə hökumətdən məlumat verilib.

“2016-cı ilin yekunları üzrə inflyasiya 12,1%, 2017-ci ilin yekunları üzrə 7,3% səviyyəsində proqnozlaşdırılır”, - deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, 2018-2020-ci illərdə hökumət inflyasiyanın azalması tendensiyanın qorunmasını gözləyir.

Xüsusilə, 2018-ci ildə orta illik inflyasiya 4,9%, 2019-cu ildə 3,9%, 2020-ci ildə 3,5% səviyyəsində proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin oktyabr ayının yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 11,6% təşkil edib. O cümlədən, il ərzində ərzaq məhsulları 13,4%, qeyri-ərzaq məhsulları 16,3%, xidmətlər 5.4% bahalaşıb.

2015-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 4% təşkil edib

Mənbə:İnterfaks-Azərbayca

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275