SƏNAYE

Azərbaycana 600 milyon dollar kredit ayrılır
18 NOYABR
1581

Azərbaycana 600 milyon dollar kredit ayrılır

2016-11-18 18:47:00

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Direktorlar Şurası 2017-ci ilin mart ayında Transanadolu boru kəməri layihəsinə 600 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır. Bu barədə  bankdakı mənbə məlumat verib.

Bankdan verilən məlumata görə, bu kredit resursları “Cənub qaz dəhlizi” QSC-yə ayrılacaq.

Qeyd edək ki, TANAP-ın cari dəyəri 9,3 milyard dollardır. TANAP Azərbaycanın “Şahdəniz” yatağından qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinədək nəqlini nəzərdə tutur.

(Trend)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275