SƏNAYE

Neft qiymətləri “Neft kralı nazir olur” xəbərilə qalxır
15 NOYABR
757

Neft qiymətləri “Neft kralı nazir olur” xəbərilə qalxır

2016-11-15 09:21:00

Danışıqlar haqqında məlumata malik olan bir nümayəndəyə görə, Qətər, Əlcəzair və Venesueala neft hasilatının azaldılması üzrə aparılan danışıqları müsbət başa çatdırırlar. Səudiyyə Ərəbistanı, İraq və İran isə hasilatın azaldılması məsələsində razılaşmırlar.

Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 30 Noyabrdakı toplantısında istehsalın azaldılması müqaviləsinin həyata keçirilməsi məsələsində uğursuz ola biləcəyi gözləntiləri ilə təxminən dörd həftədir düşür.

Qrup son səkkiz ildə ilk dəfə hasilatın azaldılması barədə razılığa gələrkən, İran istehsalı artırıb, İraq isə IŞİD ilə müharibə vəziyyətində olmasına görə bu müqavilədən azad edilməsini istəyir.

Beynəlxalq Enerji Agentliyi hasilatın azaldılmaması vəziyyətində qiymətlərin daha da düşəcəyi barədə xəbərdarlıq edib.

Analitiklər bildirirlər ki, OPEC üzvlərinin iclas öncəsi verdikləri bəyanatlar bir razılaşma olduğunu işarə etməsi vəziyyətində, qiymətlər yuxarı istiqamətdə hərəkət edə bilər.

Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 1,7% bahalaşaraq barreli 44.17 dollara, Brent nefti Londonda ICE Futures Europe birasında 1% bahalaşaraq bareli 45.20 dollara qalxıb.

Neftin az da olsa bahalaşmasına səbəb Səudiyyə Ərəbistanının neft nazrinin “Razılaşmalıyıq” deməsi və Trump hökumətində ABŞ-ın energetika nazirinin “Neft kralı” kimi tanınan Harold Hamm-ın ola biləcəyi barədə məlumatın yayılmasıdır.

Associated Press-in xəbərinə görə, Trumpın komandası Energetika naziri üçün üç ad üzərində dayanır.

Bu adlar arasında “Neft kralı” kimi tanınan Harold Hamim, Şimali Dakotadan Respublikaçı təmsilçisi Kevin Cramer və investor Robert Grady yer alır.

Amerikalı iş adamı Harold Hamm dünyanın ən varlı  insanlarından biridir.Onun yaratdığı “Continental Resources” şirkəti ABŞ-ın 13 ştatında neft və qaz hasil edir.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272