SƏNAYE

Yeni İl üçün hazır biznes satılır – QİYMƏT
11 NOYABR
2008

Yeni İl üçün hazır biznes satılır – QİYMƏT

2016-11-11 16:59:00

Azərbaycanda Yeni il təbriklərinə həsr olunmuş hazır biznes satılır. Fins.az-ın verdiyi məlumata görə, bu barədə yerli elan saytlarından birində elan yerləşdirilir.

Biznes "Şaxta Babadan şəxsi video-təbrik" adlanır.   

Elanda deyilir:

«Sizə yoxlanılmış, işgüzar və yüksəkgəlirli hazır biznes təqdim edirik –"Şaxta Babadan şəxsi video-təbrik".

Biznesin məzmunu: Televizor ya kompyüter ekranınızdan Şaxta Baba sizin övladınıza adı ilə bir neçə dəfə müraciət edir, onunla söhbətlər aparır, sahib olduğu yerləri göstərir, tapmacalar deyir və s.! Bunlar hamısı HD formatda.

Hazır biznesə nə daxildir:

1. Adlı videoroliklər (HD) (siyahıda 360dan çox ad var);

2. Bütün hesablamalar ilə hazır biznes-plan;

3. Çap üçün maketlər, DVD üçün üz qabı, disklərin üzərində uşağın şəkli;

4. Biznesin reklamı və pr üçün yoxlanılmış strategiya;

5. Təbriki tez və rahat şəkildə diskə yazmaq üçün proqram təminatı 

6. Bukletlər, vərəqələr, açıqca və üz qabları. 

Hazır biznesin qiyməti 500 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272