SƏNAYE

SOCAR Rumıniyanın bazarının 10 faizinə sahib olacaq
10 NOYABR
295

SOCAR Rumıniyanın bazarının 10 faizinə sahib olacaq

2016-11-10 18:06:00

SOCAR qısa müddətdə Rumıniyanın enerji bazarının 10 faizinə sahib olmağı planlaşdırır. Fins.az  SOCAR-ın saytına istinadən xəbər verir ki, bu barədə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Rumıniya Neft və Qaz sərgi və konfransı-2016” sərgisində SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” törəmə şirkətinin baş direktoru Həmzə Kərimov deyib.

Baş direktor bildirib ki, SOCAR artıq dünyada tanınan bir brenddir və beynəlxalq miqyasda enerji sahəsində aparıcı oyunçuya və söz sahibinə çevrilib: "Hazırda SOCAR Rumıniya iqtisadiyyatına 60 milyon avro həcmində sərmayə yatırıb. Paytaxt Buxarest də daxil olmaqla Rumıniyanın 17 regionunda „SOCAR” brendi altında 34 yanacaqdoldurma məntəqəsi istifadəyə verilib ki, burada da müştərilərə yüksək səviyyədə xidmət göstərilir. Ümumilikdə şirkətdə təxminən 500 işçi çalışır. Qarşıya qoyulan əsas məqsədlərdən biri də qısa zamanda bu sahədə Rumıniya bazarının 10 faizinə sahib olmaqdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272