SƏNAYE

SOCAR Türkiyədə "inqilab" edəcək
10 NOYABR
277

SOCAR Türkiyədə "inqilab" edəcək

2016-11-10 07:59:00

Türkiyədə SOCAR-ın törəmə idarəsi "SOCAR Turkey" kimya sənayesi parkı yaratmaq niyyətindədir.

Fins.az-ın verdiyi məlumata görə, bu barədə SOCAR-ın Türkiyə üzrə məsləhətçisi Həyati Öztürk İstanbulda keçirilən "Dizayn və innovasiyalar" Forumunda deyib.

Onun sözlərinə görə, kimya sənayesi parkının yaradılması Türkiyə üçün innovasiyadır.

H.Öztürk qeyd edib ki, Türkiyədə kimyəvi məhsullara tələbat getdikcə artır və SOCAR-ın kimya istehsalatının təşkili üzrə yeni modeli Türkiyədə yeni istehsal konsepsiyası yaradacaq.

O deyib: "Metandan etilen alınması üzrə işlər aparılır. Bu, enerji sektoru üçün əsl inqilab olacaq, belə ki, ölkənin neftdən asılılıq səviyyəsini azaldacaq".

Mənbə: TREND

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272