SƏNAYE

ABŞ-da prezident seçkilərinin ilkin nəticələri nefti ucuzlaşdırıb
09 NOYABR
784

ABŞ-da prezident seçkilərinin ilkin nəticələri nefti ucuzlaşdırıb

2016-11-09 09:19:00

Dünya birjalarında neft ucuzlaşıb. 

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,65 dollar azalaraq 43,33 dollar təşkil edib. 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,48 dollar azalaraq 44,56 dollar olub. 

Neftin ucuzlaşmasına noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən respublikaçı namizəd Donald Trampın liderliyi qoruyub saxlaması barədə məlumat səbəb olub. Belə ki, ABŞ-da prezident seçkilərində səslərin hesablanmasının başlanmasından 3 saat sonra Respublikaçılar Partiyasından namizəd Donald Tramp əslərin 49,9%-ni, onun rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton isə səslərin 46,2%-ni toplayıb. Bəzi mütəxəssislər hesab edir ki, D.Trampın tam qələbəsindən ABŞ iqtisadiyyatına ziyan dəyə və neftə olan tələbat aşağı düşə bilər.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272